İngilis kəşfiyyatı futbolçulara səsləndi: Çempionat vaxtı rus qızlarından uzaq olun!
"İngilis futbolçular rus qızlarından ehtiyatlı olmalıdır". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə İngiltərə Kəşfiyyat İdarəsinin rəsmisi Anton Qlis xəbərdarlıq edib.
Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatından əvvəl ingilis futbolçulara xəbərdarlıq edilib. Rus qadınların ingilis futbolçuları yoldan çıxaracağını güman edən İngiltərə Kəşfiyyat İdarəsi onların şantaj olunacağından ehtiyat edir.
Kremlin hər vasitə ilə İngiltərənin çempionluğunun qarşısını alacağını qeyd edən Anton Qlis rusların futbolçuları zəhərləmə və ya rus qızları ilə əlaqəyə sövq etmə kimi vasitələrə də əl atacağını güman edir.
Rəsmi Moskva isə İngiltərənin iddiaları ilə razılaşmır və sübutlar tələb edir.
Qeyd edək ki, xəbərdarlıqlardan sonra İngiltərə Futbol Assosiasiyası futbolçuların ərzaq ehtiyaclarının hökumət tərəfindən qarşılanacağını bəyan edib.