Cənubi Koreya prezidenti: "Şimali Koreya ilə düşmənçiliyə son qoymalıyıq"
"Şimali Koreya ilə düşmənçiliyə son qoymalıyıq".
APA TV-nin məlumatına görə, bunu Cənubi Koreya prezidenti Mun Çje İn yerli mətbuata müsahibəsində bildirib.
"Rəsmi Pxenyanla 65 ildir davam edən düşmən münasibətlərə son qoymalı və atəşkəs razılaşmasını sülh sazişinə çevirməliyik" - deyə o bildirib.
Hər iki ölkə arasında ABŞ-ın da qoşulduğu müharibə 1950-1953-cü illərdə davam edib, sonradan bu müharibəyə BMT qüvvələri də cəlb olunub. 1953-cü ildə BMT, habelə Şimali və Cənubi Koreya, eləcə də BMT arasında atəşkəs razılığı əldə olunub.
Qeyd edək ki, indiyədək Pxenyanın sülh razılaşması imzalamaq təklifindən imtina edən ABŞ Cənubi Koreyada 28 minlik hərbi kontingent cəmləşdirib.