İrəvanın mərkəzində yeni aksiyalar: "Dövlət qulluqçularını da səsləyirik"

Ermənistan paytaxtı İrəvanın mərkəzindəki Respublika meydanında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən müxalifət yenidən mitinq təşkil edib. APA TV-nin Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, yağışa baxmayaraq, aksiyaya xeyli sayda etirazçı toplaşıb.

Polis qüvvələri hökumət binasını güclü mühafizə etməkdə davam edir. Bundan əvvəl Serj Sarkisyan baş nazir qismində hökumətin ilk iclasını keçirib. Aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Müxalifətçi deputat N.Paşinyan dövlət qulluqçularını da mitinqlərə qoşulmağa çağırıb. Onun sözlərinə görə, dövlət qulluqçuları hərəkata qoşulmaq istəsələr də, iş yerlərini itirməkdən qorxur.

Müəllif | Apa.Tv
Apa.tv