Səudiyyə polisi silahlılarla toqquşdu - ÖLƏNLƏR VAR

Səudiyyə Ərəbistanında polislərlə silahlı şəxslər arasında atışma olub. APA TV-nin verdiyi məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Asir vilayətində baş verib.

İnsident nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı ölüb. Həmçinin silahlı şəxslərdən də biri öldürülüb, daha 2 nəfər saxlanılıb.

Qeyd edək ki, Asir vilayəti ərəb koalisiyasının üsyançı husilərə qarşı mübarizə apardığı Yəmənlə sərhəddə yerləşir. İnsidentin həmin qarşıdurma ilə əlaqəli olub-olmadığı hələlik bəlli deyil.

Müəllif | Apa.Tv
Apa.tv