İran dollardan imtina etdi: "Nüvə sazişini tərk etsələr, bu, amerikalılar üçün xoş olmayacaq"
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif nüvə sazişindən imtinanın fəsadları barədə ABŞ-a xəbərdarlıq edib.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, ABŞ-ın İranla nüvə proqramına dair sazişi tərk edəcəyi təqdirdə, Tehran öz maraqlarına uyğun şəkildə addımlar ataraq lazımi tədbirlər görəcək.
“İranın görəcəyi tədbirlər və beynəlxalq ictimaiyyətin reaksiyası amerikalılar üçün heç də ürəkaçan olmayacaq”, - deyə M.Zərif qeyd edib.
Bu arada, İran hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avroya keçilməsi barədə də qərar qəbul edib.
Dollardan imtina edilməsi ilə bağlı qərar Nazirlər Kabinetinin görüşündə ABŞ-ın Tehrana qarşı tədbirlərinə cavab olaraq qəbul edilib.