Lənkəran sakini qaz partlayışı nəticəsində ağır yaralanıb
Lənkəranda yaşayış evində partlayış olub, bir nəfər ağır yanıq xəsarətləri alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Xolmili kəndində baş verib.
Kənd sakini, 51 yaşlı Bağırov Sübhan Baloğlan oğlu hamamda su isitmək üçün qazı yandırarkən partlayış olub. Nəticədə S.Bağırovun bədəninin müxtəlif hissələri yanıb. O, ağır yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2-ci dərəcəli yanıq diaqnozu qoyulan yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.