Netanyahu: "Altı ölkə öz səfirliyini Qüdsə köçürməyə razıdır"

Azı altı ölkə səfirliklərinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair İsrail hökuməti ilə ciddi danışıqlar aparıb.

APA TV-nin “Times of Israel”ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Azı altı ölkə səfirliklərinin Qüdsə köçürülməsinə dair bizimlə ciddi danışıqlar aparıb. Bu barədə məlumat verməkdən çox məmnunam. Qvatemalaya bu addıma görə təşəkkürümüzü bildiririk. Sizin ardınızca digərləri də gedəcək”, - deyə baş nazir əcnəbi diplomatlarla görüşündə bildirib.

B.Netanyahu hansı ölkələrlə danışıqların aparıldığını açıqlamayıb.

Müəllif | Apa.Tv
Apa.tv