Kral ölkəsini İsveçrəyə "oxşatmaq" istəmədi - ADINI DƏYİŞDİ
Svazilend kralı ölkəsinin adını dəyişib.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, Afrikanın cənubunda yerləşən Svazilend bundan sonra Esvatin Krallığı adlanacaq.
Bu barədə kral III Msvati Svazilendin müstəqilliyinin 50 illiyi ilə bağlı keçirilən mərasimdə xalqa müraciəti zamanı bildirib.
O deyib ki, Svazilend adı yaxşı səslənmir və insanlarda çaşqınlıq yaradır: "Biz başqa ölkələrə gedəndə Svazilend adını İsveçrə ilə qarışdırırlar. Bizə o ölkənin vətəndaşları kimi baxırlar. Mən istəyirəm ki, bizi öz adımızla tanısınlar".
Qeyd edək ki, ingilis dilində Switzerland (İsveçrə) və Swaziland (Svazilend) yazılışları bir-birinə bənzəyir.