Tramp Putini Vaşinqtona dəvət etdi: "Özüm də Moskvaya gələcəm"
Donald Tramp Vladimir Putini Vaşinqtona dəvət edib.
APA TV-nin Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Suriya məsələsi müzakirə olunub və müzakirə əsnasında Tramp Putini ABŞ-a dəvət edib.
Rusiya mətbuatının verdiyi xəbərə görə isə Tramp danışıq zamanı təklifini bir neçə dəfə təkrar edib və özünün də yaxın gələcəkdə Rusiyaya səfər etməkdən məmnun olacağını vurğulayıb.