Şabranda TƏBİƏT HADİSƏSİ
Şabran rayonunun Surra kəndində təbiət hadisəsi qeydə alınıb. Proses yüksək səslə müşayət olunub ki, bu da yaxınlıqdakı kəndin sakinlərini təşvişə salıb. Kənd sakinləri deyiblər ki, anidən çox güclü səs gəlib: "Elə bil vulkan püskürürdü. Nəmişlikdən də ola bilər, ancaq üstündə buruqlar da var. Köhnə buruqların üstündən su da, qaz da çıxıır. Ağzını bağlamışdılar, indi ağızları açılıb, ondan da ola bilər. Sanki dağ aşırdı, əməlli- başlı yekə-yekə ev hündürlüyündə daşlar gəlir".
Püskürmə prosesi 1 saata yaxın davam edib. Təbiət hadisəsi nəticəsində torpaq kütləsi yaxınlıqdakı Şabran çayına tökülüb. Hüquq mühafizə orqanları əməkdaşları, eləcə də Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov hadisə yerində olub. RİH başçısı APA TV-yə bildirib ki, ərazidə təhlükəli vəziyyət yoxdur. İcra Hakimiyyətindən də bildiriblər ki, bu ərazidə əvvələr neft-qaz çıxarılması həyata keçirilib. Qazılan quyular istismar olunmadığından torpaqla örtülüb.
Surra kənd sakinləri bu cür hadisənin 4 il öncə də baş verdiyini qeyd ediblər.