Etirazçılar İrəvan-Gümrü yolunu bağladı - ÖLKƏDƏ KÜTLƏVİ HƏBSLƏR BAŞLADI

"Biz öz mövqeyimizdən geri çəkilməyəcəyik".

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bunu "Vətəndaş anlaşması" partiyasının lideri Nikol Paşinyan bəyan edib.

 

Aksiyaların növbəti günündə etirazçılar paytaxt İrəvanın küçələrində hərəkəti iflic edib.

 

Bundan əlavə Gümrü-İrəvan magistralı da avtomobillərin hərəkəti üçün bağlanıb.

 

Etirazların fonunda paytaxtdakı iaşə obyektlərinin çoxu fəaliyyətini dayandırıb.

 

N. Paşinyan başda olmaqla, hazırda etirazçıların əksəriyyəti Respublika Xəstəxanasına doğru istiqamət götürüb. Onun bildirdiyinə görə, yürüşdə əsas məqsəd tibb işçilərini də etirazlara cəlb etməkdir.

 

Ölkənin regionlarında da etiraz dalğası genişlənir. Gümrü və Armavir kimi şəhərlərdə yüzlərlə etirazçı küçələrə çıxaraq baş nazir Serj Sarkisyan hökumətinin istefasını və ölkədəki sosial problemlərin həllini tələb edir. Mövcud vəziyyətlə əlaqədar adı çəkilən şəhərlərdə dərslər dayandırılıb.

 

Bu arada İrəvan polisi səhər saatlarından etibarən 83 nəfərin saxlanıldığını açıqlayıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov