Nardaran sakinindən tüfəng götürüldü - TORPAĞA BASDIRIBMIŞ

Nardaran sakinindən odlu silah götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini İsrayıl Səmədzadədə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.

 

Bölmə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. İ.Səmədzadə ifadəsi zamanı silahı yaşadığı evin həyətində torpağa basdırdığını bildirib. Qeyd edilən ünvana hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, saxlanılan şəxsin torpağa basdırdığı 1 ədəd “PATENT” markalı Kollat konstruksiyalı ov tüfəngi aşkar olunaraq götürülüb.

 

Faktla  bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

42-ci Polis Şöbəsi əməkdaşlarının Nardaran qəsəbəsi sakinləri ilə apardıqları profilaktik tədbirlər nəticəsində qəsəbə sakini Əli Hüseynov 1 ədəd müvafiq sənədləri olmayan “TOZ 16” markalı ov tüfəngini könüllü olaraq bölmə əməkdaşlarına təhvil verib.

Müəllif | Apa.Tv
Almaz Qasımova