Şimali və Cənubi Koreya prezidentləri arasında özəl telefon xətti qurulub

Şimali və Cənubi Koreya prezidentləri arasında özəl telefon xətti qurulub.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyindən bəyanat yayılıb.

Bəyanatda aprelin 27-də Şimali və Cənubi Koreya arasında keçiriləcək sammitin problemsiz keçməsi məqsədilə telefon xəttinin çəkildiyi qeyd olunur. "Qırmızı xətt" adlandırılan özəl telefon bağlantısı vasitəsilə iki ölkə arasındakı anlaşılmazlıqların da həll edəcəyi gözlənilir.

Qeyd edək ki, "Qırmızı xətt" hər iki ölkə müstəqillik əldə etdikdən sonra liderlər arasında birbaşa əlaqə yaratmaq üçün yaradılan ilk vasitədir.

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı