Erməni katolikosu: "Aksiyalar Ermənistana ciddi xətər yetirəcək"
Baş verən hadisələr Ermənistana ciddi xətər yetirəcək.
APA TV-nin erməni mətbuatına istinadən məlumatrına görə, bu fikirləri erməni katolikosu I Aram baş nazir Serj Sarkisyanla görüşündə deyib.
Görüşdə bütün ermənilərin katolikosu II Qaregin və "Müqəddəs Kilkiy" kilsəsinin katolikosu I Aram Serj Sarkisyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik ediblər. Həmçinin onlar ölkədəki vəziyyətdən narahat olduqlarını və hadisələrin Ermənistana ciddi xətərlər yetirəcəyini də vurğulayıblar.
Qeyd edək ki, Ermənistanda baş verən son iğtişaşlar nəticəsində həbs olunanların sayı 183-ə çatıb.