Səudiyyə ordusu yenə Yəməni bombaladı - ÖLƏNLƏR VAR
Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəmənin cənub-qərb bölgəsində azı 20 nəfər ölüb.
APA TV-nin xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat verib.
Məlumata əsasən, mərmilərdən biri içərisində sərnişinlər olan avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yanaraq külə dönüb.
Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.