Aktrisa Natali Portman İsrailin 2 milyon dollarlıq mükafatından imtina edib

Hollivud ulduzu, məşhur aktrisa Natali Portman Qüds şəhərində ona təqdim olunması planlaşdırılan 2 milyon dollarlıq "Genesis" ("Yaradılış") mükafatından imtina edib.

APA TV xəbər verir ki, əslən Qüds yəhudisi olan N.Portman burada baş verən son hadisələrə görə bu ölkəyə getməməyi qərara aldığını açıqlayıb. Bu səbəbdən mükafat mərasimi də ləğv edilib.

"Genesis" mükafatını təqdim edən fond aktrisanın İsrail hökumətinin siyasətinə qatılmamaq barədə qərarını hörmətlə qarşıladığını açıqlayıb.

Qeyd edək ki, Qüdsdə dünyaya gələn N.Portman 3 yaşında olarkən ABŞ-a köçüb.

Müəllif | Apa.Tv
Apa.tv