Suriyalılar Türkiyəni tərk edir - SƏRHƏDDƏ YOLASALMA MƏRASİMİ

Türkiyəyə sığınan suriyalıların bir qismi ölkələrinə dönür.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyaya qayıdanlar üçün Öncüpınar sərhəd keçid məntəqəsində yolasalma mərasimi keçirilib.

Ölkəsinə qayıdan insanların əksəriyyəti "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları çərçivəsində azad olunan torpaqların sakinləridir.

 

Suriyaya qayıdan insanlar onlara ev sahibliyi etdiyinə və yaşadıqları yerləri terrorçulardan azad etdiyi üçün Türkiyəyə təşəkkür edib.

Müəllif | Apa.Tv
Apa.tv