İranda İngilis dili tədrisi ləğv edilir, Rus dili ikinci dil olacaq - AZƏRBAYCANLILAR ETİRAZ EDİR

Rus dili İranda ikinci dil ola bilər.

APA TV-nin "trthaber.com" saytına istinadən məlumatına görə, İran hökuməti Rusiyaya rus və fars dillərinin qarşılıqlı olaraq hər iki ölkədə  ikinci dil kimi tədris olunmasını təklif edib.

İranın təhsil naziri Məhəmməd Betayi Moskvaya səfəri zamanı Rusiya Dumasının Təhsil komissiyasının sədri Vyaçeslav Nikonovla görüşündə belə bir təkliflə çıxış edib. O, bu təklifi Rusiyanın təhsil naziri ilə də müzakirə etdiyini bildirib.

"İran hökuməti ölkədə ikinci dil sayılan ingiliscəni ləğv edib, yerinə rus dilini ikinci tədris dili kimi yaymaq fikrindədir" - deyə, M.Betayi vurğulayıb.

V.Nikonov təklifə müsbət yanaşdıqlarını və bir sıra məktəblərdə ikinci dil olaraq çin dili ilə yanaşı, fars dilinin tədrisinə də başlamağı planladıqlarını deyib.

Qeyd edək ki, bu təklif ölkədə yaşayan azərbaycanlıların kəskin etirazına səbəb olub. Uzun illərdir Azərbaycan dilinin ikinci dil olaraq tədrisini tələb edən vətəndaşlar, 80 milyonluq İranın yarısının Azərbaycan türkcəsində danışdığını bildirirlər.

Müəllif | Apa.Tv
Apa.tv