Zina edən qadınlar qırmanclandı - REAL VİDEO

İndoneziyada zina və fahişəlikdə günahlandırılan bir neçə cütlük və iki qadın cəzalandırılıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, zina edənlər cəzalandırılmaq üçün şəhər meydanına gətirilib. Şəriət qanunlarına uyğun olaraq onlar qırmanclanıblar.
 

Qadınlardan birinin qırmanc zərbələri alan zaman halı pisləşib. Ağrıya dözməyən qadına su verilib, daha sonra cəza davam etdirilib.
 

Qeyd edək ki, hadisə Açe əyalətində baş verib. Bu bölgə şəriət qanunları ilə idarə olunur. Evli olmadan yaxınlıq etmək, qumar və içkiyə görə qırmanclanma cəzası verilir.

Müəllif | Apa.Tv
Apa.tv