ABŞ-ın Türkiyəni hədələməsinə Rusiyadan cavab - ŞANTAJ EDİRLƏR

"ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etmək istəməsi sadəcə olaraq şantajdır".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
 

Xatırladaq ki, ABŞ Türkiyəni "S-400" raket kompleksini alacağı təqdirdə sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

Sergey Lavrov isə buna münasibət bildirərək qeyd edib ki, bu, Amerika firmalarının haqsız rəqabətində şantaj siyasətinin örnəyidir.


Yens Stoltenberqin "bu, Türkiyənin şəxsi qərarıdır" açıqlamasını xüsusilə qeyd edən S.Lavrov əlavə edib ki, hər halda NATO-nun üzvü olan ABŞ Alyansın baş katibinin çıxışını diqqətlə dinləməlidir.

Müəllif | Apa.Tv
Apa.tv