Tramp OPEC-ə irad tutdu: "Neftin qiymətini süni şəkildə şişirdirsiniz"
ABŞ prezidenti Donald Tramp OPEC-i kəskin tənqid edib.
APA TV-nin "Euronews"a məlumata görə, Ağ Ev rəhbəri qurumu qiymətləri süni şəkildə şişirtməkdə ittiham edib.
"Dənizlərdəki dolu gəmilər də daxil olmaqla, hər yerdə neftin qiymətləri hazırda süni olaraq çox yüksəkdir". Bu sözləri o, "Twitter" səhifəsində yazıb.
OPEC rəhbərliyi isə ABŞ dövlət başçısı ilə razılaşmır. Məhəmməd Barkindo bildirib ki, məsələ Donald Trampın düşündüyü kimi deyil. OPEC-in siyasəti Vaşinqtona qarşı yönəlməyib.
Səudiyyə Ərəbistanının energetika naziri isə məsələyə daha konkret münasibət bildirib.
"Qiymətləri yalnız bazar müəyyən edir" - deyə, o vurğulayıb.