Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Gəncədə yanğın hadisəsi qeydə alınıb.
APA TV-nin Qərb bürosunun məlumatına görə, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 kvadrat metr olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 kvadrat metr sahədə yanıb.
Yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.