İmişli sakini həyətində yaralı qartal balası tapıb

İmişli sakini həyətində yaralı qartal balası tapıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Qaravəlli kənd sakini Baxış Şükürov  səhər  saatlarında işə gedərkən  həyətdə iri gövdəli  quşun olduğunu görüb.
 

Ev sahibi qartal balasının bir qanadının yaralı olduğunu, bu səbəbdən uça bilmədiyini görüb.
 

Baxış Şükürov qartal balasını  evə gətirərək  balıq əti yedizdirib. Aran ərazilərində nadir hallarda rast gəlinən və qırmızı kitaba düşmüş qartalın həyətdə peyda olması kənd sakinləri üçün maraqlı olub. Sakinlər qartal balasını telefonları ilə çəkiblər.

Qartalın bala olmasına baxmayaraq qanadlarının açıq vəziyyətdə uzunluğu 1,5 metrə qədər çatır.
 

Ev sahibii birinci növbədə qartal balasının yaralı qanadının sağaltmağı düşünür.

 

Müəllif | Apa.Tv
Apa.tv