Azərbaycan hökumətinin yeni tərkibi - 2 NAZİR VƏ BAKI MERİ POSTLARINDAN GETDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.


APA TV-nin məlumatına görə, sərəncamla Yaqub Abdulla oğlu Eyyubov baş nazirin birinci müavini, Əli Cavad oğlu Əhmədov, Əli Şamil oğlu Həsənov, Hacıbala İbrahim oğlu Abutalıbov baş nazirin müavini təyin ediliblər.


Elmar Məhərrəm oğlu Məmmədyarov xarici işlər naziri, Zakir Əsgər oğlu Həsənov

müdafiə naziri, Ramil İdris oğlu Usubov daxili işlər naziri, Fikrət Fərrux oğlu Məmmədov ədliyyə naziri, Kəmaləddin Fəttah oğlu Heydərov fövqəladə hallar naziri, Samir Rauf oğlu Şərifov maliyyə naziri, Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri, Mikayıl Çingiz oğlu Cabbarov vergilər naziri, Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri postlarına təsdiqləniblər.


Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Rafiq oğlu Babayev, kənd təsərrüfatı naziri vəzifəsinə isə İnam İmdad oğlu Kərimov təyin ediliblər.


Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Samir Rafiq oğlu Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postlarına gətiriliblər.
 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi postuna Elçin İsağa oğlu Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi  postuna Mədət Qəzənfər oğlu Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi postina Orxan Sedyar oğlu Sultanov təsdiqləniblər.
 

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

 

Müəllif | Apa.Tv
Apa.tv