Hüseyn Abdullayev həbs olunaraq Bakıya gətirildi

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

APA TV-nin xəbərinə görə, bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən H.Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb. O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H.Abdullayev bir neçə ildir ki, Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı

Müəllif | Apa.Tv
Apa.tv