Astarada avtomobil 57 yaşlı kişini vurub - VƏZİYYƏTİ AĞIRDIR

Astarada yolu keçmək istəyən piyadanı avtomobil vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1961-ci il təvəllüdlü Ağayev Elman Mirbaba oğlu yolun qarşı tərəfinə keçmək istəyərkən "VAZ 2104" markalı avtomobilin zərbəsilə üzləşib. O, sürücünün köməkliyi ilə ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

E.Ağayevə lazımi tibbi yardım göstərilərək xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv