Goranboyda mikroavtobus minik maşını ilə toqquşub - YARALILAR VAR

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus və "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər - 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğlu,  1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu və 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan T.Qurbanzadənin vəziyyəti daha ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv