Paltaryuyan maşında gizlədilmiş narkotik - İSMAYILLIDA ƏMƏLİYYAT

İsmayıllı polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində külli miqdarda narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları məlumat əsasında hərəkətə keçib və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Zərnava kənd sakini Hikmət Abdurəhimovu həbs edib. Əməliyyat müddətində onun yaşadığı evə də baxış keçirilib və həyətyanı sahədəki yardımçı tikilidə olan paltaryuyan maşının içərisindən ümumi çəkisi 662 qram olan narkotik tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar istintaq araşdırmalarına başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv