Britaniyalı nazir: "Bu saziş Avropanın bir təminatçıdan asılılığını aradan qaldıracaq"

"Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü alqışlayıram".

APA TV-nin xəbərinə görə, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq deyib. Bakıya səfəri ilə bağlı mətbuat konfransı keçirən britaniyalı diplomat qeyd edib ki, bu görüş müsbət addımdır və o, hər iki ölkənin prezidentinin bu təşəbbüslərinin müntəzəm etməyə çağırıb.

“Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi ilə əlaqədar Azərbaycanda səfərdə olan Uilyam Heyq bu sazişin Azərbaycana, Böyük Britaniyaya və Avropaya uzunmüddətli fayda gətirəcəyini bildirib: "Bu saziş Avropanın ancaq bir qaz təminatçısından asılılığını da aradan qaldıracaq. Azərbaycanda 300-dən çox britaniyalı şirkət və 3000-dən çox işçimiz çalışır. İmzalanan saziş eyni zamanda bizim Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığımızın gücləndirilməsi istiqamətdə öhdəliklərimizi təsdiqləyir və mən ikitərəfli əməkdaşlığımızın gələcək illərdə daha da güclənməsinə ümidlə baxıram".

 

Uilyam Heyq xatırladıb ki, Azərbaycana səfər zamanı prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla da görüş keçirib.

 

Müəllif | Apa.Tv