Kabildə ard-arda iki güclü partlayış törədilib - ÖLÜ SAYI ÇOXDUR
Əfqanıstanın paytaxtı Kabildə seçicilərin qeydiyyat mərkəzinin qarşısında partlayış olub. APA TV-nin "Pajvak" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 57 nəfər ölüb, 119 nəfər də yaralanıb.
İlkin məlumata görə, terrorçu-kamikadze insanların sıx olduğu bir yerdə üzərindəki partlayıcı qurğunu işə salıb.
Bu partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Gün ərzində Əfqanıstanda ikinci dəfə insan tələfatı ilə nəticələnən partlayış törədilib. Ölkənin şimal-şərqindəki Baqlan əyalətində seçici qeydiyyatı mərkəzi qarşısında törədilən partlayış zamanı 7 nəfər ölüb, azı 10 nəfər yaralanıb.