Moskva erməniləri də ayağa qalxdı: "Serj, get!" - RUS POLİSİ HƏBSLƏRƏ BAŞLADI
Moskvada Serj Sarkisyanın Ermənistanın baş naziri təyin edilməsinə etiraz edən onlarla erməni saxlanılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya paytaxtında yaşayan ermənilər şəhərdəki Erməni kafedral kilsəsinin həyətində toplaşıb.
Onlar Ermənistandakı aksiyalara dəstək nümayiş etdirib, Serj Sarkisyanın istefasını tələb ediblər.
Bundan başqa, Moskvanın "Olimpiyski" prospektində də bir qrup erməni etiraz aksiyası keçirib.