Şimali Koreyada turist faciəsi - 30 ÖLÜ

Şimali Koreyada turist avtobusunun körpüdən aşması nəticəsində azı 30 nəfər ölüb. APA TV-nin "NK News" nəşrinə istinadən  məlumata görə, turistlər Çin vətəndaşları olub.

Turistləri daşıyan avtobus Keson-Pxenyan yolunda qəzaya uğrayıb. Həmin yolda təmir işləri həyata keçirilirmiş.

Səbəb kimi hava şəraiti - leysan və güclü külək də göstərilir.

Şimali Koreya Xarici İşlər Nazirliyinin saytında 30 Çin vətəndaşının ölüm xəbəri təsdiqlənib.


 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı