BMT baş katibi: "ABŞ və Rusiya artıq ən güclülər deyil, Türkiyə və İran fəallaşıb"

"Soyuq müharibə" dövrü qayıdıb. APA TV-nin məlumatına görə, BMT-nin baş katibi Antonio Quterreş belə bir fikir səsləndirib.

 

"Aydındır ki, "soyuq müharibə" qayıdıb. Lakin, ABŞ və Rusiya artıq əvvəlki kimi hamıya nəzarət edə bilmir. Yaxın Şərq regionundakı bir çox ölkələr - məsələn, Türkiyə, İran, Səudiyyə Ərəbistanı çox fəaldırlar. Hazırda dünyada iki oxşar və nəzarət olunan blok yoxdur" - deyə, o qeyd edib.


Baş katib əlavə edib ki, BMT artıq Suriyadakı münaqişəni nizamlamaq iqtidarında deyil.  

 

Antonio Quterreş münaqişələrin dərinləşməsinin qarşısını ala biləcək nəzarət mexanizmlərinin tükəndiyini bildirib. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov