"G7"dən Rusiyaya daha bir sarsıdıcı zərbə - YENİ SANKSİYALAR

"Böyük yeddilik" (G7)  ölkələri Kremlin Ukraynada atdığı addımlara görə Rusiyaya qarşı sanksiya siyasəti yürütməkdə davam etdirəcək.

 

APA TV-nin məlumatına görə, bu barədə Kanadanın Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

 

"G7 ölkələrinin XİN rəhbərləri qaydalara, o cümlədən ərazi bütövlüyünə əsaslanan mövcud dünya quruluşuna hörmətlə yanaşıldığını bir daha təsdiqləyib. Ukraynada həyata keçirdiyi  qəbuledilməz addımlarına görə Rusiyaya qarşı tətbiq edilən sanksiya siyasəti davam etdiriləcək" - deyə, bəyanatda deyilir.  


Qeyd edək ki, bundan əvvəl Almaniyanın xarici işlər və müdafiə nazirləri də Rusiyaya təzyiqin artırılmasının vacibliyini qeyd edib.   

Müəllif | Apa.Tv
Elvin Bayramlı