Kim Çen In nüvə poliqonlarını ABŞ-ın üzünə açdı

Şimali Koreya amerikalı mütəxəssisləri nüvə poliqonlarına buraxmağa razılıq verib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Şimali Koreya lideri Kim Çen In ABŞ-nın Mərkəzi Kəşfiyyat İdrasənin rəisi Mayk Pompeo ilə görüşündən sonra bu qərarı açıqlayıb.

Xatırladaq ki, aprelin 21-də Şimali Koreya nüvə silahlarının təlimlərinə son verшдdiyini elan edib və nüvə poliqonlarını bağlayıb. ABŞ-ı ilə münasibətləri normallaşdırmağa çalışan Kim Çen In Ağ Ev rəhbəri ilə görüşmək istəyini də vurğulayıb. Vaşinqtondan da iki ölkə liderinin görüşməsi üçün hazırlıqların davam etdiyi bildirilib.  

Bu arada Donald Tramp Şimali Koreya nüvə silahlarını tamamilə ləğv etməyincə bu ölkəyə qarşı sanksiyaları dayandırmayacağını bəyan edib.


 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı