Makron: "Suriyadan çıxsaq, İran güclənəcək"
"İŞİD-dən sonrakı Suriyanı biz qurmalıyıq, bu səbəbdən də ABŞ adı çəkilən ölkədə maraqlarından əl çəkməməli, mövcudluğunu qorumalıdır".
APA TV-nin Fox TV-yə istinadən məlumatına görə, bu bəyanatla Fransa prezidenti çıxış edib: "Gizlətmək lazım deyil. Biz İŞİD-in tam məhvindən sonra belə Suriyadan ayrılsaq meydanı İrana təhvil vermiş olacağıq. Bu da Bəşər Əsədin hakimiyyətinin davamı anlamına gəlir. Nəticədə Tehran-Dəməşq ittifaqı güclənəcək və yeni müharibəyə hazırlaşacaqlar. Bu da yeni terror qruplaşmalarının ortaya çıxacağı deməkdir".
Emmanuel Makron deyib ki, yeni Suriyanın qurulmasında Rusiya və Türkiyə ilə əməkdaşlığa hazırdırlar və bu iki ölkənin verəcəyi qərar önəmli olacaq: "Amma şəxsən Vladimir Putinə qarşı zəif olmamalıyıq. Özümüzü zəif göstərən kimi o, bundan istifadə edir".