Cəlilabad sakinlərinin atları oğurlandı

Cəlilabadda sakinlərə məxsus atlar oğurlanıb. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə rayonun Maşlıq kəndində baş verib.

 

Kənd sakinləri Rəcəb Məhərrəmov və Əziz Nəcəfov təsərrüfatlarında olan atları otlamaq üçün örüş sahəsinə ötürüblər. Lakin atları gətirmək üçün sahəyə getdikdə, orada olmadıqlarını görüblər. Sonradan məlum olub ki, həmin atlar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

 

Məsələ ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov