Hərbçilər də aksiyaçılara qoşuldu - İRƏVAN KÜÇƏLƏRİNDƏN GÖRÜNTÜLƏR
Ermənistanda "Vətəndaş anlaşması" partiyasının rəhbəri Nikol Paşinyanın həbsindən sonra artıq aksiyaya yeni simalar qoşulub.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, İrəvanın küçə və prospektlərində etirazçılarla bərabər hərbçilər də yürüşə başlayıb.
Onların arasında yüksək rütbəli zabitlər də var.
Qeyd edək ki, hərbçilərlə yanaşı yürüşlərdə keşiş və rahiblər də iştirak edir.