Cənub şimala qarşı anti-təbliğata STOP dedi: KOREYA YARIMADASI SÜLH YOLUNDA

Cənubi Koreya Şimali Koreya ilə münasibətləri normallaşdırmaq üçün daha bir addım atıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Cənubi Koreya hökuməti anti-təbliğat tipli hücumları dayandırdığını açıqlayıb.

 

Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi açıqlama verib:  

"Bu qərarla iki ölkə arasındakı anti-təbliğat müharibəsinə son veriləcək və bu müharibə sülhlə əvəzlənəcək. Qərarımızın yeni bir başlanğıc olacağına ümid edirik".

 

Rəsmi Pxenyan isə hələlik eyni addımı atıb-atmayacağı barədə səssizdir.

 

Qeyd edək ki, hər iki ölkədə 27 aprel tarixində Kim Çen In və Mun Çe Inın iştirakı ilə keçiriləcək ilk zirvə toplantısına ciddi hazırlıqlar gedir.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı