Səudiyyə Yəməndə toy evini vurdu - GƏLİN VƏ 20 İŞTİRAKÇI ÖLDÜ
Səudiyyə Ərəbistan Hərbi Hava Qüvvələri (HHQ) Yəmənə növbəti dəfə zərbə endirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hava hücumu zamanı toy şənliyi keçirilən bina vurulub. Hadisə Yəmənin Hacce vilayətində baş verib.
Nəticədə gəlin də daxil 20 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə zamanı çəkildiyi bildirilən bir kadrda uşaq ölən atasının meyiti üstündə ağlayır.