Paşinyan buraxıldı: Daxili Qoşunlar müxalifət cərgəsinə keçdi

Ermənistandakı etiraz aksiyalarına rəhbərlik edən müxalifət lideri Nikol Paşinyan azadlığa buraxılıb.

 

APA TV-nin erməni  mətbuatına istinadən məlumata görə, onunla yanaşı saxlanılan müxalifətçi millət vəkilləri Sasun Mikaelyan və Ararat Mirzoyan da azad edilib.

 

Bu arada ölkədəki etirazlara Daxili Qoşunların bir qrup hərbi qulluqçusu da qatılıb.

 

Hərbçilər xidmət yerlərini tərk edərək, ümumxalq yürüşündə iştirak edir.

 

Komandanlıqdan hərbi nizamnamələrin tələblərini kobud şəkildə pozmaları səbəbindən onların barəsində ən sərt tədbirlərin görüləcəyi bildirilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov