Serj Sarkisyan istefa verdi
Serj Sarkisyan istefaya gedib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, eks-prezident 10 gündən artıqdır ona qarşı başlayan etirazlardan sonra istefa verməyə məcbur olub.
Xatırladaq ki, Ermənistanın baş naziri postuna rəhbərlik etdiyi "Respublika" partiyasından irəli sürülən Serj Sarkisyanı aprelin 17-də parlament bu posta təyin edib.
Keçmiş prezidentinin namizədliyinin irəli sürüldüyü gündən İrəvanda və ölkənin başqa bölgələrində etirazlar başlayıb.