Şirvanda mağazaya basqın: iki nəfər ağır yaralandı
Ötən gün axşam saatlarında Şirvan şəhərində yerləşən marketlərdən birinə basqın edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, marketə pul əldə etmək məqsədilə daxil olan şəxs orada çalışan satıcı-nəzarətçi, 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Fərhad oğlunun və kassada əyləşən 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zabil qızının başına butulka ilə zərbə endirib. Son anda kassadan pul götürə bilməyən basqınçı ardan çıxıb.
Hər iki şəxs kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.