Prezident yeni nazirləri təyin etdi - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev "Nazirlər Kabinetinin yeni tərkibi haqqında" 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilib:
Ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev
Gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov
Mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev
Müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov
Səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev
Təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı
Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev
Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov
Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev
Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli
Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.
Beləliklə, yeni hökumətdə Hüseynqulu Bağırov, Aydın Əliyev, Nazim İbrahimov və Firudin Nəbiyev yer almayıb.