Bakıda avtomobil aşıb - YARALILAR VAR

Bakının Sabunçu rayonu ərazisində, Aeroport yolunun Böyük Şor şossesindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA TV xəbər verir ki, yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Məlumata görə, Rusiya dövlət qeydiyyat nişanlı "Lexus" markalı minik maşını sürücünün idarəetməsindən çıxaraq səkiyə dəyib və aşıb. Nəticədə sürücü ilə yanaşı bir qadın sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları hadisə yerində müayinələr aparıb. İlkin ehtimal kimi qəzaya yüksək sürətin səbəb olduğu deyilir.

Müəllif | Apa.Tv
Apa.tv