Erməni Kanadada dəhşətli qəza törətdi - 10 ÖLÜ, 15 YARALI

Kanadanın Toronto şəhərində mikroavtobus kütləyə çırpılıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

İnsidentin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Yerli polisin sözlərinə görə, sürücü maşını qəsdən insanların üstünə sürüb. Hadisənin motivləri hələlik məlum deyil. Hadisə yerinə polis, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb edilib.

Mikroavtobusu piyadaların üzərinə sürən sürücü saxlanılıb. Onun şəxsiyyəti də müəyyənləşdirilib. Məlumata əsasən, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan 25 yaşlı Alek Minassiyandır.

Hazırda istintaq qrupu sürücünün avtomobili piyadaların üzərinə sürməsi səbəblərinin araşdırılmasında terror aktı versiyasını nəzərdən keçirir.

Qeyd edək ki, hazırda Toronto şəhərində G-7 (“Böyük yeddilik”) dövlətlərinin nazirlər səviyyəsində sammiti keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv