Xanımı ölən eks-prezidentin səhhəti pisləşdi
ABŞ-ın sabiq prezidenti ata Corc Buş Hyuston şəhərində xəstəxanaya yerləşdirilib.
APA TV-nin CNN-ə istinadən məlumata görə, 93 yaşlı Corc Buşun qanında infeksiya aşkarlanıb. Onun intensiv terapiya palatasına yerləşdirildiyi bildirilir.
Corc Buş 1989-93-cü illərdə ABŞ prezidenti olub.
Qeyd edək ki, ötən həftə C.Buşun həyat yoldaşı Barbara Buş vəfat edib.