Yəməndən Səudiyyə Ərəbistanına raket zərbələri endirilib

Səudiyyə Ərəbistanına daha bir hücumun qarşısı alınıb.
 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin hava hücumundan müdafiə kompleksləri Yəməndən atılan 2 raketi zərərsizləşdirib.
 

Yəməndə yerləşən husilərin "Aramco" neft şirkətinin daha 2 benzindoldurma məntəqəsini hədəf aldığı bildirilir.
 

Raketlər Qırmızı dəniz sahilindəki Cizan şəhəri üzərində zərərsizləşdirilib.
 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı aviasiyasının dünən Yəmənə etdiyi hücum nəticəsində 20 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdı.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı