""Şahdəniz-2" siyasi sabitliyi möhkəmlətməyə imkan yaradacaq" - SAZİŞ
“Şahdəniz-2” layihəsi siyasi sabitliyi möhkəmlətməyə və iqtisadi əməkdaşlığı genişləndirməyə imkan verəcək.
APA TV-nin xəbərinə görə, bunu Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edərkən bildirib. Onun sözlərinə görə, layihə həm Azərbaycanın, həm də layihəyə cəlb olunmuş bütün iştirakçı dövlətlərin rifahına xidmət edəcək. Türkiyə əvvəldən bu layihəni dəstəkləyib və bu dəstək bundan sonra da davam edəcək deyən Taner Yıldız bildirib ki, Bakı-Tiflis-Ceyhan Xəzərin enerji resurslarının dünya bazarına çıxarılması üçün vacib layihə olsa da, yetərli deyil.
Albaniyanın baş naziri Edi Raman bildirib ki, bu layihənin icrası nəticəsində, Azərbaycan və Albaniya Xəzər və Adriatik dənizlərini əlaqələndirəcək və alternativ enerji marşurutlarını xəritəyə gətirməsinə tövhə verəcək.
Avropa Birliyinin enerji üzrə komissarı Günter Ottinger isə deyib ki, layihənin həyata keçirilməsi Avropa Birliyi ilə bölgənin əlaqələrini möhkəmləndirəcək və enerji ehtiyatlarının Avropaya nəqlini müxtəlifləşdirməyə imkan yaradacaq.
“Şahdəniz-2” layihəsinin reallaşması Azərbaycana əlavə investisiyalar cəlb etməyə, eləcə də Azərbaycanla Böyük Britaniya arasındakı möhkəm əlaqələri diversifikasiya etməyə imkan verəcək”.
Bu fikirlərin müəllifi isə Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqdir.
Tədbirdə “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi, “Cənubi qaz dəhlizi” barədə anlaşma memorandumu imzalanıb.