Bakıda mülayim gilavar əsəcək - TEMPERATUR YÜKSƏLİR

Bakıda və Abşeron yarımadasında aprelin 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 15-20 dərəcə, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

  

Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 20-25 dərəcə, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd